“Neftçi” “Çixura”ya qarşı (YENİLƏNİR)

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

 

Qol.Az-ın məlumatına görə, təmsilçimiz “Neftçi” də bu gün meydana çıxacaq.

Böyükağa Hacıyevin komandası səfərdə gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq. İlk oyunda qeydə alınan qolsuz heç-heçə komandaların play-off mərhələsinə adlamaq şansını bərabərləşdirib.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

7 avqust

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları

22:00.”Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) (İlk oyun – 0:0)
Baş hakim: Tamaş Boqnar (Macarıstan).
Tiflis. “Mixail Mesxi” stadionu.

COMMENTS