“Neftçi”nin “Çixura” sınağı (YENİLƏNİR)

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

 

Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Neftçi” öz meydanında Gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq.

2012/2013 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Zestafoni” klubunu mübarizədən kənarlaşdıran “ağ qaralar” bu dəfə “Çixura”nı sınağa çəkəcəklər. Avroliqanın II təsnifat mərhələsində Türkiyənin “Bursaspor” klubunu penaltilərlə (4:1) üstələyən “Çixura”nın “Neftçi”yə necə müqavimət göstərəcəyi maraqla gözlənilir. 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Çixura” oyunu saaat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 7-də, Gürcüstanda keçiriləcək.

31 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

20:00. “Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan)
Hakimlər: Kristian Balaj, Sebastian Corc, Ovidiu Artene (hamısı Rumıniya)
Bakı. 8-ci km qəsəbə stadionu.

COMMENTS