“Neftçi” qalib gəlir, “Xəzər Lənkəran” “Sumqayıt”a qarşı (YENİLƏNİR)

“Neftçi” qalib gəlir, “Xəzər Lənkəran” “Sumqayıt”a qarşı (YENİLƏNİR)

Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına start veriləcək.

 

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.
Turun mərkəzi oyunu Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Burada son ölkə çempionu “Qarabağ” “İnter”i qəbul edəcək.

Digər oyunda “Bakı” səfərdə “Neftçi”nin qonağı olacaq.

Günün son qarşılaşması Lənkəranda keçiriləcək. Yerli “Xəzər Lənkəran” “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

16 avqust (şənbə)

Azərbaycan Premyer Liqası, II tur

18:00.“Qarabağ” – “İnter” – 0:0
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Bakıxanov qəsəbə stadionu

19:00.“Neftçi” – “Bakı” – 1:0 (İkinci hissə)
Qol: Julius Vobay, 22 (1:0)
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
8-ci km qəsəbə stadionu.

20:00.“Xəzər Lənkəran” – “Sumqayıt” – 0:0 (Birinci hissə)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17 avqust (bazar)

20:00.“Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli
Qəbələ şəhər stadionu.

19:00.“Simurq” – AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Zaqatala şəhər stadionu.

Turnir cədvəli

N KlublarOQHMT-FX
1 İnter21104-04
2 Araz Naxçıvan11003-03
3 Sumqayıt11003-03
4 Xəzər Lənkəran10101-11
5 AZAL10101-11
6 Qarabağ20110-31
7 Qəbələ10010-40
8 Neftçi10010-30
9 Simurq000000
10 Bakı000000

COMMENTS