Növbəti görüş-səyyar qəbul Bərdə rayonu Qazaxlar kəndi ərazisində keçirilib

Növbəti görüş-səyyar qəbul Bərdə rayonu Qazaxlar kəndi ərazisində keçirilib

qorus.jpg

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu 08 yanvar  2016-cı il tarixdə Laçın rayonunundan  olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Bərdə rayonu Qazaxlar kəndi ərazisində keçirilib.

Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri  iştirak edib.

Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov respublika və rayonda görülən işlərdən, hərbi vətənpərvərlik sahəsində aparılan məqsədyönlü tədbirlərdən söz açaraq, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən çoxşaxəli işlər barədə  geniş məlumat verib.

Laçınlı məcburi köçkünlər mütəmadi olaraq  onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova minnətdar olduqlarını ifadə edərək belə görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ şəkildə həllinə imkan verdiyini  vurğulamışlar.

    Səyyar qəbulda Qorçu, Kamallı, Oğuldərə və Şeylanlı kəndlərindən olan 53 nəfər iştirak etmiş onlardan 15 nəfərin sakinin müraciəti ətraflı dinlənilmiş, qaldırılan müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş,  icrası nəzarətə götürülmüşdür.

Sakinlərlə görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov həmin ərazidə fəaliyyət göstərən rayonun Qazaxlar ümumu orta məktəbinin pedaqoji   kollektivi ilə görüşmüş, məktəbdəki təhsil prosesinin keyfiyyəti ilə yaxından maraqlanmış, eyni zamanda müəllim kollektivinə öz tapşırıq və tövsiyyələrini vermişdir.

Keçirilmiş görüş-səyyar qəbul laçınlı məcburi köçkünlər tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

Dosye.org

COMMENTS