“Nyu-York Times”ın yazarı Qarabağa səfər edib

Hikmət Hacıyev: “Set Kuqel Azərbaycan qanunlarını pozub”

«Nyu-York Times» qəzetində məqalə ilə çıxış edən Set Kuqel adlı şəxs Azərbaycanın Respublikasının işğal olunmuş ərafzilərinə qeyri-qanuni səfər edib. Bizimyol.info xəbər verir ki, bu barədə açıqlama verən Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Set Kuqel Azərbaycanın «Dövlət sərhədi haqqında» Qanununu pozub.
“Bu şəxsin Azərbaycanın işğal olunmuş ərazilərində obyektiv vəziyyəti təhrif edən bu məqaləsi əslində «Nyu-York Times» qəzetinin oxucu auditroyasına və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir. Belə bir yazının «Nyu-York Times» qəzetində özünə yer alması təəssüf doğurur.

Erməni lobbi dairələrinin sifarişi ilə ərsəyə gələn bu məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mülkiyyətin talan edilməsi, Azərbaycan xalqına aid maddi-mədəniyyət nümunələrinin, o cümlədən İslam dininə aid abidələrin və ibadət ocaqlarının məhv edilməsi faktları məqsədyönlü şəkildə öz əksini tapmamışdır.

İşğal olunmuş ərazilərə “turizm” səfərlərindən danışan və belə bir qərəzli yazıya yer verən «Nyu-York Times» qəzetinin redaksiyasına xatırlatmaq istərdik ki, münaqişə ərazisi olan bu ərazilər insan alveri, narkotik maddələrin hazırlanması və dövriyyəsi, qanunsuz silah ticarəti və terrorçuların hazırlanması kimi transmilli cinayətlərin həyata keçirildiyi məkandır.

Bu şəxsin adı arzuedilməz şəxslər siyahısına daxil ediləcəkdir” – XİN rəsmisinin şərhində deyilir.

COMMENTS