Obama İŞİD-ə qarşı ordu göndərmədi

Obama İŞİD-ə qarşı ordu göndərmədi

ABŞ Prezidenti Barak Obama İraqda “İslam Dövləti” ilə vuruşmaq üçün ordu göndərməkdən imtina edib.

 

Dosye.org  Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Obama radikal islamçılara qarşı mübarizəyə həsr olunmuş çıxışında bildirib.

Onun sözlərinə görə, ABŞ İŞİD döyüşçüləri ilə mübarizə koalisiyasına rəhbərlik edəcək.

“Biz Amerika ordusu yeritməyəcəyik ki, başqa dövlətin ərazisində vuruşsunlar. Terrorçuluqla mübarizə bizim aviasiyamızın iştirakı ilə həyata keçiriləcək”, – o əlavə edib.

ABŞ-ın dövlət başçısı İraq və İraq Kürdüstanı hökumətlərinə “təcili hərbi yardım” məqsədi ilə 25 milyon dollar vəsait ayırıb.

COMMENTS