Oğru dünyası niyə çökür? – Şok səbəblər

Oğru dünyası niyə çökür? – Şok səbəblər

Parçalanma və müəyyən edilmiş qaydalara riayət etmək istəməmək Rusiyada qanuni oğru institutunun deqradasiyasına səbəb oldu.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist, həbsxana mütəxəssisi Aleksandr Sidorov deyib.

Onun sözlərinə görə, oğrular arasında təsir sahələrinin bölünməsi, etnik qrupların yaradılması və on illərdir qurulmuş qaydaların pozulması sistemin çökməsinə təsir etdi.

Sidorov qeyd edib ki, SSRİ dövründə cinayət ierarxiyasının başında olmaq üçün ən mühüm şərt şəxsin həbs cəzasını çəkməsi idi:

“İndi isə bəzilərini çıxmaq şərtilə əksər qanuni oğrular heç vaxt həbs cəzası çəkməyib”.

Bundan əlavə, jurnalist oğru qanununun digər müddəalarını nümunə gətirib. Onun sözlərinə görə, sovet avtoriteti heç vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları və siyasətçilərlə əlaqədə ola bilməzdi. Hazırda əksər qruplaşmaların hər iki tərəfdə tanışları var.

Jurnalist oğru dünyasının qanunlarının pozulması ilə yanaşı, sistemin tənəzzülünün səbəbi kimi konsolidasiyanın olmamasını göstərib.

“Milliyyətə və digər sistemlərə görə müxtəlif qruplara bölünmələr oğru mühitində çoxsaylı qarşıdurmalara səbəb oldu və cinayət dünyasının nümayəndələri arasında tamamilə parçalanma təhlükəsi yarandı”, – Sidorov bildirib.

DOSYE.ORG

COMMENTS