Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Zeynalov cəzasını ciddi rejimli koloniyada çəkməli olacaq. Bundan əlavə, o, öldürülənin atasına 3 milyon rubl məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, prokuror ona 18 il iş istəmişdi.
O.Zeynalov bir necə gün öncə məhkəmədə ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: “Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim”.
İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülüb, ona görə də yanlış ifadə verdiyini söyləyib.
COMMENTS