Oğul anasını qətlə yetirdi- ŞOK

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Şamaxı şəhərinin Hacı Məmmədov küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. 1997-ci il təvəllüdlü Nağıyev Mahmud Ramiz oğlu anası, 1975-ci il təvəllüdlü Nağıyeva Pərvanə Ataxan qızına aralarında şəxsi münasibətlər zəminində baş verən dava zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib. Bəbənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarəti alan Pərvanə Eyvazova hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Mahmud Nağıyev tutularaq istintaqa təhvil verilib. 17 yaşlı oğlanın anasını öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. İlkin məlumata görə həyat yoldaşından ayrılan Pərvanə Nağıyeva oğlu tərəfindən qısqanclıq səbəbindən bıçaqlanıb.
Mahmud Nağıyev qadının yeganə övladıdır. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

COMMENTS