Pərviz Həşimlinin həyat yoldaşından ictimayyətə müraciət

“Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova mətbuat vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciətini “Yeni Müsavat”a da yollayan İ.Rüstəmova bildirir ki, MTN hələ də onun 6 yaşlı qızına əzab yaşadır:

 

“Buna isə bütün dövlət orqanları göz yumur. Biz hələ də Pərvizlə şüşə arxasından görüşürük. Baxmayaraq ki, başqa siyasi məhbusların ailələrinə açıq görüş verilir. Bir tək bizdən başqa. Belə düşünürük ki, MTN hələ də bizə əzab yaşatmaq niyyətindədir. 6 yaşlı körpəmi atasından ayırmaqları bəs deyilmiş kimi, hələ üstəlik, onları həftədə bir dəfə, bir-birini qucaqlayıb öpməyə həsrət qoyurlar. Bu da qızımızın psixologiyasını daha da pozur və onun dərslərini oxumasına çox pis təsir edir”.

İ.Rüstəmova dedi ki, o, hələ də qızını dərmanlar vasitəsilə sakitləşdirir. Müsahibimiz bu səbəbdən də təkrarən hər kəsdən məktəbli qızının nəzərə alınmasını xahiş edib: “Xahiş edirəm ki, bizim bu hüququmuzun pozulmasına göz yummasınlar. Bu günə kimi isə kimlərə müraciət eləmişəmsə, təkrarən müraciət edirəm. Bizim bu problemimizin aradan qaldırılması üçün Çingiz Qənizadəyə, Əliməmməd Nuriyevə, Mədət Quliyevə, təcridxananın rəisinə və ombudsman Elmira Süleymanoya kimi ərizə ilə müraciət etmişəm. Ərizələrimin çatmasına baxmayaraq, bizə köməklik göstərən, bu problemin aradan qaldırılmasına kömək edən olmayıb. Ümid edirəm ki, bu müraciətimi qəbul edib, bizə köməklik edərlər və 6 yaşlı körpənin atasını qucaqlamasına şərait yaradarlar”.

 

 

COMMENTS