Parisdə polis nümayişçini huşunu itirənə qədər döydü – VİDEO

Parisdə polis nümayişçini huşunu itirənə qədər döydü – VİDEO

Fransada hüquq-mühafizə orqanları əməkdaşının aksiyaçını huşunu itirənə qədər döyməsi barədə görüntülər yayılıb.

Kadrlar Parisdə qeydə alınıb. Videoda polisin nümayişçilərdən birini yumruq və təpiklə döyməsi, sonra isə bütün bunları qeydə alan digər etirazçıya hücumu qeydə alınıb.

Xatırladaq ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Bu günə kimi aksiyalarda 200-dən çox etirazçı saxlanılıb.

Pensiya islahatlarına dair qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.

COMMENTS