Partiya sədri toyuna hazırlaşır

Partiya sədri toyuna hazırlaşır

AĞ Partiya sədri Tural Abbaslının toy günü təyin edilib.
Bu barədə Qaynarinfo-ya açıqlamasında sədrin anası Başxanım Abbaslı məlumat verib. Sədrin anası bildirib ki, toy dekabrın 21-də olacaq:
“Turalın toyu onsuz da gecikib. Rəhmətlik Teymurun ili çıxmamış onun toyunu edəcəkdim. Kədər də mənimdi, toy da. Turalın tay-tuşlarının uşaqları universitetdə oxuyur. Ona görə gecikdirmək fikirim yoxdur”.
Başxanım Abbaslı toyun “Simfoniya” restoranında baş tutacağını deyib.
Qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslının qardaşı Teymur Abbaslı İkinci Qarabağ müharibəsində oktyabrın 12-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub. Teymur Abbasov II Şəhidlər Xiyabanında dəfn olunub.
DOSYE.ORG

COMMENTS