Partiya sədri Elşad Xoseyə yerini göstərdi

Bildirdiyimiz kimi hovuzda çəkilmiş şəklini İnstaqram səhifəsində yerləşdirən və “Çim-çim” yazan Xose izləyicilərin sərt tənqidi ilə qarşılaşıb.

 

Belə ki, Azərbaycan ordusunun verdiyi itkilərlə əlaqədar belə bir gündə həmin fotonun paylaşılmasının düzgün olmadığını deyən ziyarətçilər reperin kobud reaksiyası ilə qarşılaşıblar. Elşad Xose qaçqın və məcburi köçkünlərin ünvanına ağır sözlər səsləndirərək, üstəlik bu gün Nabranda keçiriləcək əyləncəyə də qatılacağını deyib:
“Camaat istirahət etməsin ki, matəmdir? Axı matəm deyil. Bayrağı salanda biz də matəm edərik. Bu gün Nabranda əyləncə də keçirəcəyik. Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah rəhmət eləsin. Onlar nə üçündür bəs? Əsgər ölməyə gedib də… Qaçqınlar indi “xod gedir”. Yaxşı oğlanlar idiniz, orada axıradək dayanardınız. Mən sənin yerinə gedib torpaq alacam?”.

Aktual.az məlumat verir ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev məsələyə öz facebook səhifəsində çox sərt reaksiya verib. Elşad Xoseni XOSU adlandıran E.Musayev ondan başqa cür hərəkət gözləmədiyini dilə gətirib:

Elşad XOSU «Maşın»realiti-şousunda iştirak edərkən mələk sifətinə girib əməllicə səs yığırdı. Özünü də elə aparırdi, sanki bu ölkədə 5 nəfər səviyyəli oğlan varsa, biri budur…Oysa, o zaman dediyimi bu gün bir daha təkrarlamaq məcburiyyətindəyəm: Manıs tayfasından (çox cüzi istisnalarla!) səviyyə gözləmək təxminən Leyla Yunusdan patriotluq gözləmək kimi bir şeydir…
Və ya, bunlar 24 saat ərzində o qədər atılıb düşürlər ki, sonradan həmin atılıb düşən yerlərindən nə xəbərləri olur, nə də o atılıb-düşən yerlərinə cavabdehlik daşıya bilirlər! Üstəgəl bu azmış kimi düşünəndə də başları ilə deyil, atılıb-düşən yerləri ilə düşünürlər…

P.S. Yuxarıda işlətdiyim ifadələrə görə «facebook» dostlarımdan çox-çox üzr istəyirəm, amma Elşad Xosunun ard-arda yayımladığı videoların ardından başqa cür mövqe sərgiləmək mümkün deyil.

COMMENTS