Paşinyan erməniləri Şuşaya qaytarmaq istəyir – Azərbaycanın cavabı nə olmalıdır?

Paşinyan erməniləri Şuşaya qaytarmaq istəyir – Azərbaycanın cavabı nə olmalıdır?

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə ermənilərin Şuşa və Hadruta qayıtması mövzusuna toxunub.

Paşinyan Xarici İşlər naziri Ararat Mirzoyana tapşırıb ki, bu məsələni BMT-nin qaçqınlar komissarı qarşısında qaldırsın.

Paşinyan bununla nəyə nail olmaq istəyir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Ermənistanın Baş naziri beynəlxalq təşkilatlara göndərdikləri şikayətlərin sayını artırmaqla Azərbaycan üzərində üstünlük qazanacağını düşünür.

 “Paşinyanın iddiasının qarşılığında Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da BMT-nin qaçqınlar komissarı qarşısında azərbaycanlıların qovulduqları Xocalıya, Şuşanın kəndlərinə, Xankəndinə və Qarabağın digər məntəqələrinə qayıtması məsələsini qaldırmalıdır”, – o qeyd edib.

DOSYE.ORG

COMMENTS