Paşinyan yanlış paylaşım etdi, qeyri-ciddilikdə ittiham olundu

Paşinyan yanlış paylaşım etdi, qeyri-ciddilikdə ittiham olundu

Ermənistan baş naziri Nikol Paşinyan Facebook-da yanlış paylaşımı ilə sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

 

Modern.az xəbər verir ki, hökumət başçısı Beynəlxalq Valyuta Fondunun 2019-cu ilin yekunlarına dair hesabatında Ermənistanın adambaşına düşən Ümum Daxili Məhsul istehsalına görə regionun lideri olduğunu yazmışdı. O 2019-cu ildə Ermənistanda adambaşına düşən məhsul sayının 4760 dollar, Azərbaycanda 4720 dollar, Gürcüstanda isə 4630 dollar olduğunun vurğulayıb.

“Əziz xalqım, sizə söz vermişdim ki, 2019-cu ildə adambaşına düşən Ümum Daxili Məhsul həcminə görə Gürcüstanı, 2020-ci ildə isə Azərbaycanı ötəcəyik. 2019-cu ilin yekunlarından aydın oldu ki, biz hər iki ölkəni keçərək regionun lideri olmuşuq”-deyə Paşinyan Facebook-da paylaşım edib.

 

Amma sosial şəbəkə istifadəçiləri dərhal postun altından yazdıqları şərhdə 2019-cu ilin yekunlarına görə Beynəlxalq Valyuta Fondu həmən göstəricilərin Ermənistanda 4530, Gürcüstanda 4290 və Azərbaycanda isə 4690 dollar olduğunu göstərir.

Ciddi yanlışlığa yol verdiyini anlayan Paşinyan dərhal statusuna dəyişiklik etmişdi. Buna baxmayaraq, ekspertlər və Ermənistan ictimaiyyəti baş nazirin yanlış informasiya paylaşmasını qeyri-ciddilik adlandırıb.

DOSYE.ORG

COMMENTS