Patruşev məlum terrorun arxasında Ukraynanın dayandığını iddia etdi

Patruşev məlum terrorun arxasında Ukraynanın dayandığını iddia etdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev hesab edir ki, “Crocus City Hall”da törədilən terror aktında Ukraynanın əli var.

DOSYE.ORG xəbər verir ki, Patruşev jurnalistlərin insidentin arxasında “İslam Dövləti”nin, yoxsa Ukraynanın dayandığı ilə bağlı sualını cavablandırarkən “Əlbəttə ki, Ukrayna” deyib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də Moskva yaxınlığındakı terror izlərinin Ukraynaya apardığını açıqlamışdı.

Bu arada rəsmi Kiyev Moskvanın ona atdığı ittihamları qəti şəkildə rədd edir.

rusiya İstintaq Komitəsinin son məlumatına görə, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 139 nəfərin ölüb, 152 nəfər yaralanıb.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, terror aktını törədən 4 nəfərin hamısı tapılaraq saxlanılıb – onlar qaçmağa cəhd edib. Onun sözlərinə görə, terrorçuların guya, Ukrayna tərəfində sərhədi keçmələri üçün “pəncərə” hazırlanıbmış. Rusiya Daxili İşlər Nazirliyi onların əcnəbilər olduğunu bildirib. Prezident qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir.

COMMENTS