Pediatrdan aparıcıya ETİRAZ: “Hikkə ilə təbliğat aparılmaz!”

Pediatrdan aparıcıya ETİRAZ: “Hikkə ilə təbliğat aparılmaz!”

“Aparıcı xanım hirslə, hikkə ilə deyir, vaksinasiya Avropada könüllüdür, niyə bizdə məcburidir? Hələ bu azmış kimi deyir, erməniyə silah satan Hindistan vaksini vururlar uşaqlara, niyə?  Özlüyündə mövzuya siyasi çalar qatır xanım. Heç bizdə də məcburi deyil vaksinasiya”.

Musavat.com xəbər verir ki, bu fikirləri tanınmış pediatr Vaqif Qarayev bildirib.

O, etiraz edərək bunları əlavə edib: “Vurdurmayın, kef edin, amma başqasının uşağını yoluxdurmayın!

Xanım, Hindistan vaksini bizdə çoxdan var. Silahı təzə satır da hindlilər erməniyə!

Baxın, siz belə təbliğat apardığınıza görə ölkədə indiki vəziyyət yaranıb. Hirslə, hikkə ilə, məlumatsızlıqla təbliğat aparılmaz!”

Pediatr qeyd edib ki, ciddi elmi mənbələrə istinad edib vaksinasiyaya “hə”, ya da “yox” demək olar:

“Amma sosial şəbəkə fonunda, efirdən təbliğat aparılmaz!”

Qeyd edək ki, teleaparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib ki, Azərbaycanda uşaqlara Hindistan və Belçika istehsalı vaksinlər vurulur:

“Belçika Avropadadır və orada uşaqlara vaksin vurulması məcburi deyil. Hətta 2012-ci ildə car çəkdilər ki, məcburidir, sonra nə baş verdisə, sirdir. Dedilər ki, könüllüdür, istəsəniz, vurdurun, istəsəniz, yox. Seçimi valideynlərin ixtiyarına buraxdılar. Bizdə isə deyirlər, məcburidir, vurdurmalısınız.

Hindistana gəlincə… Ölkəmə, balalarıma qarşı Ermənistanı silahlandıran Hindistandan niyə vaksin alıb uşağıma vurdurum? İndi kimsə deyə bilər ki, Hindistanın vaksinlərindən Avropada istifadə edilir. Amma həmin vaksinlər Niderlanddakı zavodda Avropa standartlarına uyğun istehsal edilir. Bizdə isə alternativ yoxdur. Niyə bizdə məcburi vaksinasiya hökm sürür?”

Afaq

COMMENTS