Pentaqon: “Putin Ukraynada heç bir strateji məqsədə nail ola bilməyib”

Pentaqon: “Putin Ukraynada heç bir strateji məqsədə nail ola bilməyib”

Rusiya rəhbəri Vladimir Putin heç bir strateji məqsədə nail ola bilmədi. AzVision.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi brifinq zamanı deyib.

“Əlbəttə, onların (ukraynalıların – red.) artıq əldə etdiklərinə diqqətlə baxsanız, görərsiniz ki, qalib gələ bilərlər. Putin Ukraynada heç bir strateji məqsədə nail ola bilməyib”, – Kirbi qeyd edib.

ABŞ Ukraynaya 100 ədəd intiharçı dron göndərdiPentaqonun sözçüsü brifinqdə onu da vurğulayıb ki, Putin hələ də Kiyevi tutmayıb və hökuməti devirməyib. Bir aydan artıq davam edən hərbi əməliyyatlar ərzində Rusiya Federasiyası Ukrayna ərazisinin yalnız kiçik bir hissəsinə nəzarət edir.

“Mariupol hələ alınmayıb. O, qoşunlarını Kiyevdən çıxarıb. Ordunu Çerniqovdan çıxarıb. Xarkov alınmayıb. Onlar cənubda Nikolayevi tutmayıblar. Ona görə də mən belə hesab edirəm ki, sübutlar nəticələrlə görünür. Hansılar ki, siz hər gün izləyirsiniz”, – Pentaqon rəsmisi qeyd edib.

Eyni zamanda Kirbi onu nda söyləyib ki, bu müharibənin nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.

“Putin düzgün addım atsa, müharibə bu gün bitə bilər. Yəni qoşunları çıxarıb onları evlərinə göndərsə və Ukraynanın suverenliyinə hörmət edilsə. Lakin o, başqa yol seçdi”, – Kirbi əlavə edib.

DOSYE.ORG

COMMENTS