Perotti “Qarabağ”a vurduğu qolu fərqləndirdi

Perotti “Qarabağ”a vurduğu qolu fərqləndirdi

“Roma”nın futbolçusu Dieqo Perotti  2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ev oyununu yada salıb.

Qol.az xəbər verir ki, o, sosial şəbəkədə azarkeşlərdən birinin  “Ən sevimli qolunuz hansıdır” sualına belə cavab verib:

“Mənim üçün əsas qolun gözəlliyi yox, önəmli olmasıdır. Bu mənada ilk sırada “Sampdoriya” ilə matçda vurduğum qol dayanır. Həmçinin Çempionlar Liqasında lider kimi tamamladığımız qrupda “Çelsi” və “Qarabağ”a vurduğum qolları da bu siyahıya daxil edə bilərəm”.

Qeyd edək ki, D. Perotti 2017-ci il dekabrın 5-də ÇL-in  qrup mərhələsində “Qarabağ”la ev oyununda (1:0) vurduğu qolla komandasına vacib qələbə qazandırmışdı.

DOSYE.ORG

COMMENTS