Pirallahıda həkimlərin əmək haqqı kəsilib

Pirallahıda yerləşən 18 saylı Təcili Tibbi Yardım Stansiyasında çalışan 114 nəfər tibb işçisinin əmək haqqından yanvar ayından orta hesabla 90-140 manat kəsilib.

Stansiyadan cebhe.info-ya verilən məlumata görə, buna səbəb kimi qəsəbəyə su xəttinin çəkilməsi əsas gətirilib: “Nazirlər Kabinetinin 137 saylı qərarında göstərilir ki, artım içməli su mənbəyindən artım içəmil su mənbəyindən iş yerinə qədər olan məsafəyə görə verilir. Bu məsafə də 20 kilometrdən artıq olanda verilir. Bu məsafə də 25 kilometrdir. Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, yerli cira hakimiyyəti ilə dəqiqləşdirilməlidir. Burada əhalinin sosial hüquqları pozulub, insanların əmək haqqı kəsilib. Nazirlər Kabinetinin qərarı kobud şəkildə pozulub.

Pirallahıdakı TTYS-nın Zirədə yerləşən filial da var. Maraqlıdır ki, Zirədə yerləşən poliklinikanın həkimləri yardımı alır, ancaq eyni binada oturan təcili yardım həkimləri əmək haqqına həmin artımı almırlar: “Bu necə ola bilər. Bu ayrı-seçkilikdir. Necə ola bilər ki, Bakı Baş Səhiyyə İdarəsi hara baxır?”

Dosye.org

COMMENTS