PKK yenə qan tökdü – 1 ölü, 5 yaralı

Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda PKK terror təşkilatının təhlükəsizlik qüvvələrinə etdiyi silahlı hücum zamanı 1 polis şəhid olub, 5-i yaralanıb.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, hadisə Türkiyə polisinin təhlükəsizlik məqsədi ilə həyata keçirdiyi əməliyyat zamanı baş verib.

Yaralanan polis əməkdaşları Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə gələn Türkiyə səhiyyə nazirinin müşaviri Eyyub Gümüş bildirib ki, yaralanan polislərdən dördü müalicə üçün Ankaraya aparılacaq.

APA

COMMENTS