Polis adını ləkələyənlər ifşa edilməlidir

“Xeberinfo.com”: Redaksiyamıza adını hələlik açıqlamaq istəmədiyimiz bir rayonun Polis Şöbəsində baş verən biabırçı olayla bağlı məlumat daxil olub.

 

Belə ki, Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin qadın əməkdaşlarından birinin nigahdankənar hamilə olması üzə çıxıb. Həmin qadının adı redaksiyamıza bəlli olsa da, etik səbəblərdən hələlik yazmağı uyğun bilmirik. Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin qadın əməkdaşlarından birinin nigahdankənar hamilə olması ilə bağlı məsələnin ən qəliz tərəfi isə hələ dünyaya gəlməmiş körpənin atasının Polis Şöbəsinin vəzifəli şəxslərindən birinin ola biləcəyi iddia olunur.
Məlumatda o da qeyd edilir ki, həmin Polis Şöbəsinin Yol Patrul Xidmətinin keçmiş əməkdaşlarından birini dünyaya gəlməmiş körpənin atası kimi qələmə verməyə cəhdlər var. Həmin şəxsin adı redaksiyamıza verilən məlumatların arasında olsa da, məsələnin tam aydınlaşmaması səbəbindən həmin şəxsin də adını qeyd etmirik. Ancaq “xeberinfo.com”a daxil olan məlumata görə, həmin şəxs dünyaya gəlməmiş körpənin atasının müəyyən olunması üçün DNT analizinin keçirilməsinə hazırdır və bunu tələb edir. Bu isə belə qənaətə gəlməyə imkan verir ki, həmin şəxsi sadəcə olaraq “günah keçisi” etmək istəyir və hansısa vəzifəli şəxs bununla sudan quru çıxmağa çalışır. Məlumatın həssaslığını və ciddi dəqiqləşdirmələrə ehtiyacı olduğunu nəzərə alıb, bir çox məqamları hələlik açıqlamırıq.
Məlumatla bağlı apardığımız araşdırma zamanı belə bir fikirlə də qarşılaşdıq ki, bu olay bütövlükdə oyundan ibarət ola bilər. Bu versiya həmin rayonun məlumatlı şəxsləri ilə apardığımız danışıqlar zamanı ortaya çıxdı. Bu fikiri səsləndirən şəxsin sözlərinə görə, icra başçısı ilə polis rəisinin münasibətləri çox pisdir. İcra başçısı polis rəisinin dəyişdirilməsinə çalışır və bununla bağlı hətta daxili işlər naziri Ramil Usubova da müraciət edib. Lakin nazir icra başçısının arqumentlərini əsaslı hesab etməyib və polis rəisini vəzifəsində saxlayıb. Bundan sonra icra başçısı polis rəisinin vurulması üçün müxtəlif oyunlar qurmağa başlayıb. Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin qadın əməkdaşlarından birinin nigahdankənar hamilə olması ilə bağlı məsələnin də bu oyunun tərkib hissəsi olması ilə bağlı şübhələr var. Ən azından məsələnin böyüdülməsində icra başçısının maraqlı olduğu istisna edilmir.

Məsələ ilə bağlı araşdırmalarımz başa çatandan sonra geniş yazı hazırlayacağıq.

COMMENTS