Polis iri əməliyyat keçirib: 10 ədəd silah götürülüb

Polis iri əməliyyat keçirib: 10 ədəd silah götürülüb

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

DOSYE.ORG

COMMENTS