Polis “Sədərək”də əməliyyat keçirdi

Polis “Sədərək”də əməliyyat keçirdi

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Qaradağ rayonu ərazisində keçirilmiş reydlər nəticəsində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 588 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat aşkar edilərək götürülüb.

DOSYE.ORG

COMMENTS