Polisləri bıçaqlayanlar saxlanıldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşını bıçaqlamaqda təqsirli bilinən şəxslər artıq həbs edilib.

 

ANS PRESS-in məlumatına görə, Binəqədi rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində hadisəni törədən şəxslərin kimliyi və onların yeri müəyyən edilib.

Məlumata görə, rayonun Cəfər Xəndan küçəsində yol polisinin əməkdaşları Nicat Bayramov və Yasin Umudova bıçaq xəsarətləri yetirən şəxslər Bakı şəhər sakinləri – 27 yaşlı İlkin Ağayev və 33 yaşlı Urman Aslanov olub.

Saxlanılan hər iki şəxs rayon polis idarəsinə gətirilərək istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı xidməti vəzifəsini yerinə yetirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin iki inspektoru dövlət nömrə nişanı məlum olmayan “Nissan” markalı avtomobilin sürücüsü və onun sərnişini tərəfindən bıiçaqlanmışdı.

COMMENTS