Poroşenko jurnalist qıza “Köynəyini soyun” dedi

Poroşenko jurnalist qıza “Köynəyini soyun” dedi

Davosda keçirilən Beynəlxalq iqtisadi forumda Ukrayna prezidenti Petro Poroşenko mətbuat konfransı keçirib.

Konfransda milli slavyan köynəyi geyinmiş jurnalist qız Ukrayna prezidentinə rus dilində sual ünvanlayıb:

“Nə üçün müharibə haqqında qanun qəbul edib?”. P. Poroşenko  deyib ki, suala o vaxt cavab verər ki, o Ukrayna dilində səslənsin, ardınca da jurnalistə məsləhət görüb ki, üst köynəyini (“vışivanka” adlanan slavyan köynəyi) çıxarsın.

Jurnalist qız geri çəkilməyib və bildirib ki, Ukrayna prezidenti rus dilini yaxşı bilir.

Petro Poroşenko: “Mən ingilis dilini də, başqasını da bilirəm. Amma, suallara Ukrayna dilində cavab verirəm” – deyib.

Bundan sonra mühafizə qızı salondan çıxarıb. Jurnalistin akkreditasiyasının ləğv olunması gözlənilir.

Xatırladaq ki, yanvarın 18-də Ali Rada Donbasın reinteqrasiyası haqqında qanun qəbul edib. Qanuna görə prezident parlamentin razılığı olmadan da müharibə vəziyyəti elan edə bilər. Qanunda Donbas işğal olunmuş ərazi, Rusiya da işğalçı dövlət kimi tanınıb.

Dosye.org

COMMENTS