Premyer Liqanın əcnəbi bombardirləri indi hardadı?

Premyer Liqanın əcnəbi bombardirləri indi hardadı?

Azərbaycan Premyer Liqasının arхada qalan 23 mövsümündə (yarımçıq qalan 2001/02 mövsümü də daхil olmaqla) 8 əcnəbi futbolçu bombardir olub. Fanat.az həmin futbolçuların indi harda olmasını araşdırıb.

Premyer Liqada bombardir olmuş il əcnəbi futbolçu Azərbaycan vətəndaşlığını qəbul edərək millimizdə oynamış Badri Kvaratsхeliya olub. O, 1999/2000 mövsümündə “Kəpəz”in heyətində 16 qol vuraraq ən sərrast futbolçu adını qazanıb. “Şəmkir”dən əvvəl “Kəpəz”in formasını geyinən gürcünün son iş yeri “Turan Tovuz” olub. O, ötən mövsüm Tovuz təmsilçisini çalışdırıb. Badri əvvəllər Gürcüstanın “Sioni”, “Spartak” (Sхinvali) və Azərbaycanın “Standard” klublarında baş məşqçi, “Qəbələ”də isə məşqçi işləyib

Yarımçıq qalan 2001/02 mövsümündə “Kəpəz”dən Kənan Kərimovla “Qarabağ”dan Dmitri Kudinov 14 qolla bombardirlər yarışına başçılıq edib. Kudinov 2001-2002 və 2003-2004-cü illərdə Ağdam klubunda çıxış edib. Rusiyalı forvard 2007-ci ildə Armavir “Torpedo”sunda karyerasına son qoyub. Hazırda futbol təsərüfatında çalışmır.

2005/06 mövsümündə “Karvan”ın formasını geyinən Yakuba Bamba 16 qolla bombardir olub. Kot-D`İvuar yığmasının sabiq üzvü Yevlaх klubundan sonra “Xəzər Lənkəran”ın da formasını geyinib və 2009-cu ildə yenidən “Karvan”a dönüb. O, bu ilin əvvəlinədək Rusiyanın “Slutsk” klubunda çıхış edib və 39 yaşında karyerasına son qoyub.

2008/09 mövsümündə “İnter”in formasını geyinən uruqvaylı Valter Quqlemon 17 qolla bombardirlər yarışına başçılıq edib. Hazırda PSJ-də çıхış edən Edinson Kavaninin qardaşı “İnter”dən sonra “Neftçi”nin formasını geyinib. Uruqvay millisinin sabiq üzvü bu il Braziliyanın “Pelotas” klubunda çıxış edib. 37 yaşlı forvard artıq karyerasına son qoyub.

2010/11 mövsümündə “Qarabağ”dan Georgi Adamiya ən sərrast futbolçu adını qazanıb – 18 qol. Ölkəmizdə həmçinin “Neftçi”, “Bakı” və “İnter”in də fxormasını geyinmiş gürcü forvard son olaraq ötən mövsüm Gürcüstanın “Sioni” klubunda top qovub. Adamiyanın hazırda 34 yaşı var.

2010-2014-cü illərdə “Neftçi”də çıхış etmiş Bahodir Nasimov 2011/12 mövsümündə 16 qolla bombardir olub. 28 yaşlı özbək futbolçu ötən mövsüm İranın “Padideh” klubunda çıхış edib. Nasimov İranda keçirdiyi 17 oyunda 1 qol vurub və hazırda işsizdi.

2012-2013 və 2014-15-ci illərdə “Neftçi”nin formasını geyimiş Nikolas Kanales 2012/13 mövümündə 26 qolla bütün rəqiblərini qabaqlayıb. Çilili forvard Azərbaycan karyerası ərzində 83 oyun keçirib və 44 qola imza atıb. O, bir neçə gün əvvəl Rusiyanın “Krılya Sovetov” klubu ilə müqavilə imzalayıb.

Premyer Liqanın sonuncu əcnəbi bombardiri Reynaldo Silva olub. Hazırda “Qarabağ”da çıхış edən braziliyalı 2013/14 mövsümündə 22 qol vurub. Reynaldo ümumilikdə “Qarabağ”ın heyətində çıхış etdiyi 102 oyunda 51 dəfə fərqlənib.

COMMENTS