Prezident nikah şahidi oldu

Ərdoğan yeni ailə quran cütlüyü təbrik edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nikah şahidi olub.

Həyat yoldaşı Əminə Ərdoğan ilə mərasimə qatılan prezident yeni ailə quran cütlüyü təbrik edib.

Ədalət və İnkişaf Partiyası (AKP) Ankara millət vəkili Fatih Şahin isə nikahda ikinci şahid olub. Böyükşəhər Bələdiyyə sədri cütün nikahını elan edib.

Mərasimdən sonra qonaqlar birgə şəkil çəkdiriblər.(ANS)

COMMENTS