Prodüser Tolik: “Həbsxanada məni çox istəyirlər”

Prodüser Tarix Əliyev (Tolik) müğənni Natavan Həbibi ilə aralarında baş verən məhkəmə prosesi haqda danışıb.

Ailem.az-ın axşam.az-a istinadən xəbərinə görə, Tolik deyib ki, heç kim ondan üzrxahlıq gözləməsin:

“Mən bəziləri kimi insanları təhqir etmirəm. Heç kim məndən üzrxahlıq gözləməsin. Sənin də sevgilin bizi telefonda az söyməyib. O da bizdən üzr istəsin. Mən hər zaman çalışmışam ki, insanların ürəyində yaxşı işlərimlə, əməllərimlə qalım. Sən bu xalq üçün nə etmisən? Üzr istəyənin atasına lənət! Mülki Məcəllənin 23-cü maddəsində üzr istəmək sözü yoxdur, yalnız təkzib var. Kiminsə sifarişiylə iş görmürəm. Bunlar özlərini böyük adam sayırlar, yalandan məlumat verib, toy-bayram edirlər. Həbsxanada məni çox istəyirlər. Vallah orda da mənə pis olmaz, siz öz halınıza yanın”.

Xatırladaq ki, N.Həbibinin şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə əlaqədar qaldırdığı məhkəmə prosesinin növbəti iclası baş tutub. Məhkəmə qərarına əsasən, Tolik Natavandan üzr istəməlidir. Əks halda onu 3 il həbs cəzası gözləyir.

Tolikin vəkili Rövşən Mərəndskiy isə hələ qərarın qüvvəyə minmədiyini, Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib:

“Başa düşə bilmirəm Fərid Həsənov ( N.Həbibinin vəkili – red.) məhkəmədir yoxsa hakim? Qətnamə əvvəlcə qüvvəyə minməlidir. Əgər icraçı bundan boyun qaçırarsa, cinayət işi açılar. Məsuliyyət növünü hakim seçir. Məhkəmənin qərarının əks olunduğu kağızın surətini bir neçə gün sonra əldə edəcəyik. Daha sonra Apellyasiya Məhkəməsinə müraciət olunacaq”.

COMMENTS