Professor Vaqif Rəhmanov AZƏRBAYCANDA

Professor Vaqif Rəhmanov AZƏRBAYCANDA

Bu günlərdə ölkəmizdə olan tanınmış professor Vaqif Rəhmanovla görüş keçirtdik.

Ukraynada olduğu kimi ölkəmizdədə çoxlu sayla nevroloji xəstəlikə bağlı professora müraciət edən insanlar gördük. Bir çox Avropa ölkələrində özünün bacarığı ilə tanınan Vaqif Rəhmanov vətənpərvərliyini nəinki Azərbaycanda, dünyanın bütün istiqamətində sübüt edir. Əslən cənub bölgəsindən olan professor Vaqif Rəhmanov üzün müddətdir ki, Ukraynada yaşayır.

O, 1994-cü ildə Sankt-Peterburq şəhərində elmlər doktorluğunu müdafiə edib, eyni zamanda üç ixtisas üzrə bu ada layiq görülüb. Mərkəzi sinir sisteminin orqanik xəstəlikləri, onların müalicəsi və reabilitasiyası sahəsində böyük elmi nəticələrə malikdir. Ona 2004-cü ildə Ukraynanın Əməkdar səmərələşdiricisi və ixtiraçısı adı verilib.

1985-ci ildə Ukrayna komsomolu mükafatına layiq görülüb. Professor Rəhmanov Ukrayna Ali Məktəblər Akademiyasının, Avropa Psixoterapevtlər Assosiasiyasının üzvü seçilmişdir. Tibb sahəsində V.Rəhmanovun adı Rusiya ensiklopediyasına düşən ilk müsəlman alimdir. Altı monoqrafiyanın, 500-dən çox elmi məqalənin müəllifidir. Mətbuatda psixoloji təcrübələrindən bəhs edən yazılar dərc olunub.

Həmyerlimiz Rusiyada, Polşada, Avstriyada, Fransada çoxlu xəstə sağaldıb, elmi konfransların və simpoziumların iştirakçısı olub. 1986-cı ildə Artek beynəlxalq tələbə düşərgəsində şöbə açıb, ərazidə yaşayan xeyli uşağı müalicə edib, xeyriyyəçiliklə məşğul olub. O, özü də alimlər yetişdirib. Moskvada Ümumittifaq sərgisində qızıl medala layiq görülüb. Bəli, çoxdandır doktor Rəhmanov fenomeni dünya alimlərinin, mütəxəssislərin , yüksək ixtisaslı həkimlərin diqqətini cəlb edir. O sanki adi bir həkim deyil, loğmandır, sehrkardır, möcüzə yaradır. Minlərlə eşitməyən, danışmayan, sinirləri gərginləşmiş və bədbin, iradəsi zəifləmiş xəstələrə sağlamlıq bəxş edib.

 

Onun müalicə seansları olduqca canlı, gur və nikbin ovqatla keçir. Müalicəsinə möhtac olan, ondan şəfa diləyən xəstələrin içərisində müxtəlif peşə sahibləri var. Söhbət zamanı V. Rəhmanov qeyd etdi ki,indilərdə hətta Rusiyadan Azərbaycana gələn xəstələrin sayı artır. Vaxtın azlığı təəssüflər olsun ki, professorun ölkəmizdə işləməyinə imkan vermir. Avropanın digər ölkələrində də V. Rəhmanovun sıbirsizliklə gözləyənlər var. Lakin hal-hazırda Nərimanov rayon ərazisində yerləşən “Psixonevroloji Reabilitasiya Mərkəzi”dədir. Bu xəstəliklə bağlı əziyyət çəkən vətəndaşlar mərkəzə müraciət edə bilərlər.

Dosye.org olaraq professor Vaqif Rəhmanova işlərində uğurlar arzulayırıq.

Dosye.org

COMMENTS