Prosineçki 2-ci oyununda 4-cü xalını qazandı

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, H qrupunda yer alan yığmamız Norveç millisinin qonağı olub.

Bu tsikldə 3-cü səfər matçına çıxacaq millimiz ümumilikdə 6-cı oyununu keçirib. Əvvəlki iki səfər qarşılaşması komandamız üçün uğursuz nəticələnmişdi.

O vaxt Berti Foqtsun çalışdırdığı millimiz Xorvatiyadan 0:6, İtaliyadan isə 1:2 hesablı məğlubiyyətlə dönmüşdü.

Komandamızın baş məşqçisi Robert Prosineçki üçün isə bu, ilk səfər görüşü olub. Xorvat mütəxəssis ümumilikdə 3-cü dəfə əsas komandamızı oyuna çıxarıb Əvvəlki iki oyunun biri rəsmi (Malta ilə Bakıda 2:0), digəri isə hazırlıq matçı (Serbiya ilə Avstriyada 1:4) olub.

Bu, həm də skandinaviyalılarla cari mərhələdə ikinci görüşümüz olub. İlk oyunda Bakıda rəqibə 0:1 hesabı ilə yenilən millimiz revanş arzusunda idi.

Norveçlə əvvəlki qarşılaşmalarda millinin nəticələri o qədər də ürəkaçan deyildi. DÇ-1998-in seçmə mərhələsində də evdə tək qola üzülmüşdük. Ancaq o vaxtkı səfər qarşılaşması bizim üçün daha acınacaqlı olmuşdu – 0:5.

Bu dəfə isə hər şey gözləniləndən daha yaxşı bitib. Səfərdə Norveç millisi ilə başabaş oyun göstərən Robert Prosineçkinin yetirmələri oyunu bərabərliklə başa vurub.

Bu nəticə ilə milli komandamız cari tsikldə səfərdə ilk xalını qazanıb.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

12 iyun
Norveç – Azərbaycan – 0:0
Baş hakim: Pavel Gil (Polşa)
Oslo. “Ullevol” stadionu

Norveç: 12. Oryan Niland, 14. Omar Əlabdellaui, 3. Even Hovland, 21. Veqard Forren, 2. Tom Hoqli, 11. Martin Edeqor, 8. Stefan Yohansen, 6. Havard Nordveyt, 15. Per Skyelbred (k), 9. Aleksandr Soderlund, 7. Yoşua Kinq
Ehtiyat oyunçular: 1. Rune Yarsteyn, 22. Andre Hansen, 4. Steffen Hagen, 16. Veqar Hedenstad, 17. Martin Linnes, 5. Aleksandr Tettey, 10. Markus Henriksen, 19. Maqnus Eikrem, 23. Anders Konradsen, 13. Adama Diomande, 18. Havard Nielsen, 20. Pan Andre Helland
Baş məşqçi: Per-Matias Hoqmo

Azərbaycan: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov, 6. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov, 22. Əfran İsmayılov, 11. Ruslan Qurbanov, 13. Dmitri Nazarov
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 7. Araz Abdullayev, 10. Elvin Məmmədov, 18. Coşqun Diniyev, 20. Cavid Tağıyev, 8. Elnur Cəfərov, 9. Məhəmməd Qurbanov, 17. Vüqar Nadirov
Baş məşqçi: Robert Prosineçki

COMMENTS