Putin sevgilisini bu ölkədə gizlədir

Putin sevgilisini bu ölkədə gizlədir

Rusiya Prezidenti Vladimir Putinin məşuqəsi, gimnast Alina Kabayeva dörd uşağı ilə İsveçrədə gizlənir.

DOSYE.ORG xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Məlumata görə, Putin Kabayeva ilə münasibətləri reklam etmir, lakin onların bir yerdə olduğu çoxdan məlumdur. Gimnast rusiyalı liderdən dörd uşaq dünyaya gətirib. Onların 2015-ci ilin fevralında İsveçrənin Luqano şəhəri yaxınlığında doğulan əkiz qızları və iki oğlu var. Bütün uşaqların İsveçrə pasportu var. Ehtimal olunur ki, Kabayeva da artıq İsveçrə vətəndaşıdır.

ABŞ və AB-nin Ukraynanın işğalı ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Kabayevaya təsir edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, Putinin Lyudmila Şkrebneva ilə nikahından 36 yaşlı Mariya və 35 yaşlı Yekaterina adlı iki yetkin qızı var.

DOSYE.ORG

COMMENTS