Putinlə Ərdoğan arasında görüş olub

Putinlə Ərdoğan arasında görüş olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaponiyada G20 ölkələrinin sammiti çərçivəsində görüş keçiriblər.

Virtualaz.org-un məlumatına görə, Rusiya Prezidenti iki ölkə arasında əmtəə dövriyyəsinin 2018-ci ildə 16 faiz artdığını, 10 milyard dollar məbləğində qarşılıqlı investisiyalar yatırıldığını deyib. O, yaxın gələcəkdə 900 milyon avro məbləğində investisiya platforması yaradılmasının planlaşdırıldığını bildirib.

Rusiya lideri Türkiyənin Yekaterinburqda keçiriləcək “İnnoprom” sərgisinin tərəfdaş ölkəsi olmasını mühüm hadisə adlandırıb.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ikitərəfli münasibətlər hazırda sürətlə inkişaf edir. O, birgə layihələrin, o cümlədən “Akkuyu” AES-in tikintisinin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

DOSYE.ORG

COMMENTS