“Qəbələ” ilə “Keşlə”nin 44-cü dueli

“Qəbələ” ilə “Keşlə”nin 44-cü dueli

Topaz Premyer Liqasında XXVI tura start verilib.

Qol.az-ın xəbərinə görə, turun ikinci günü meydana çıxacaq “Qəbələ” öz meydanında “Keşlə” ilə qarşılaşacaq.

Bu, komandalar arasında ümumilikdə 44-cü duel olacaq. İlk dəfə 12 il əvvəl – 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 43 dəfə üz-üzə gəliblər. “Qəbələ” 14 qələbə qazanıb, 14 heç-heçə edib və 15 matçdan məğlub ayrılıb. Bu görüşlərdə paytaxt klubu 56, “qırmızı-qaralar” 46 qol sevinci yaşayıb.

Əvvəlki 43 matçdan 39-u çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 14 heç-heçə edib və 14 dəfə uduzub. 39 dəfə rəqib qapısına yol tapan “Qəbələ” 50 qol buraxıb.

Dosye.org

COMMENTS