“Qəbələ”nin sabiq baş məşqçisi “Anji”də

“Qəbələ”nin sabiq baş məşqçisi “Anji”də

“Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin Rusiyanın “Anji” klubuna keçə bilər. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis çalışdığı “Mordoviya” klubundan ayrılmağa çox yaxındır.

Müqaviləsinin müddəti yekunlaşan Syomin yeni anlaşma imzalamaq istəməyib. “Anji” isə baş məşqçisi Serqey Taşuyevi istefaya göndərib.

Qeyd edək ki, Maxaçqala klubu hazırda I divizionda son tur öncəsi ikinci pillədə qərarlaşıb və Rusiya Premyer Liqasına vəsiqəni təmin edib. //Sportnet.az

COMMENTS