Qərənfil Əhmədova ilə Elnarə Həsənova həbs olunan icra başçısını necə güdazə verdi?

Qərənfil Əhmədova ilə Elnarə Həsənova həbs olunan icra başçısını necə güdazə verdi?

Cəlilabad rayonu ilə bağlı şok doğuracaq məlumatlar səngimək bilmir.

Bu barədə dosye.org-a rayonda olan bilgilərimiz məlumat verib. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Cəlilabad RİH başçısı Namiq Zeynalovu rüşvət alarkən həbs etmişdir. Hələ bir müddət öncə barəsində faktlara əsaslanan məlumatlar dərc etsəkdə qarşı tərəf bizi böhtançı və şantajçı kimi qələmə verdi. Əlbətdə ki, bizə qarşı başlanan kampaniyanın arxasında məhz N. Zeynalov, RTŞ-nin müdiri Qərənfil Əhmədova və başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənovanın olduğu bəlli idi. İnformasiya agentliyi olaraq qeyd edirdik ki, Cəlilabad təhsili acınacaqlı durumdadır.

Lakin icra hakimiyyətindən onlara qarşı yönələn ittihamları saxta adlandırır və əməkdaşlarımız hüquq mühafizə orqanları ilə hədələnirdi. Biz yazırdıq ki, Cəlilabad RİH başçısı Namiq Zeynalov rayonda bütün sahələrdən rüşvət tələb edir. İdarə və müəssisə rəhbərlərini təngə gətirib. Cavab olaraq icra hakimiyyətinin sözcüsü Elnarə Həsənova bəzi saytlara mövqe göndərərək rüşvətxor icra başçısını və öz saxta əməllərini ört-basdır etmək üçün cəmiyyətə yalan məlumatlar ötürürdü. Necə deyərlər, zaman hər bir dərdin dərmanıdır.

DTX-nın əməliyyatından sonra E. Həsənova ifadəsində bizim yazdıqlarımızı təsdiq etdi. Məsələ isə gün kimi aydındır. Son məlumatlara görə, başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova və RTŞ-nin müdiri Qərənfil Əhmədova bir zamanlar “cənab başçı” deyən şəxsi topa tutub. Əslində, hazırda həbs olunan N. Zeynalovla birgə adı hallanan şəxslər də saxlanılmalı və qanun qarşısında cavab verməlidir.

Dosye.org olaraq bir daha Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə öz dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, dövlətimiz öz etibarlı kadrları ilə ölkə vətəndaşlarınıa xidmət edəcək, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərlə bağlı lazımı tədbirlər görəcəkdir.

COMMENTS