“Qabyuyan işləmək istədim, amma götürmədilər“ – Tanınmış müğənni + Video

“Qabyuyan işləmək istədim, amma götürmədilər“ – Tanınmış müğənni + Video

Tanınmış müğənni İlahə Fəda pandemiyanın maddi vəziyyətinə vurduğu zərərdən danışıb.

ARB telekanalında yayımlanan “Elgizlə İzlə” proqramının qonağı olan sənətçi hətta qabyuyan belə işləməyə razı olduğunu deyib:

“Karantindən əvvəl hələ restoranlar bağlanmamışdı. Anamla xəbərlərə baxanda gördüm ki, bir kafedə qabyuyan axtarılır. Səhər ikimiz də yuxudan oyandıq, getdik ora işləməyə. Amma işə götürmədilər. Tanıdılar, elə bildilər ələ salıram. İki diplomum var, dedim konservatoriya diplomum işə yaramır, o birini istifadə edim. O da alınmadı. Bir vaxtlar çox yaxşı pul qazanırdım. Günümə 60 min avro gəlirim olurdu. Amma biznesim çökdü”.

Həmin  görüntüləri təqdim edirik:

DOSYE.ORG

COMMENTS