Qadın küçədə huşunu itirdi – VİDEO

Qadın küçədə huşunu itirdi – VİDEO

Küçədə halı pisləşən qadın huşunu itirərək yıxılıb.

7NEWS.Az xəbər verir ki, Balakəndə baş verən hadisə ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Belə ki, videoda orta yaşlı qadının bir anda yerə yıxıldığı əks olunub. Ərazidə xidmət aparan polis əməkdaşı qadına yaxınlaşaraq ona kömək edib.

Qısa zamanda ətrafdakı insanlar da qadına kömək etmək üçün polis əməkdaşına dəstək olmağa çalışıblar.

Xanımın vəziyyəti yaxşılaşıb və o, göstərilən yardıma görə Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edib.

DOSYE.ORG

COMMENTS