Qadın öz evində məşuqəsini bıçaqladı

Bakının Nəsimi rayonunda sevgilisini bıçaqlayan qadın həbs edilib.  Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.  

 

Məlumata görə, Bakı şəhər sakini Emilya Əmiraslanova paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Bakı şəhər sakini Nicat Orucovla əlbəyaxa olub.  Həmin vaxt qadın Nicat Orucovu bıçaqlayıb və evi tərk edib. Nicat Orucov yaralı halda özünü xəstəxanaya çatdırıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.  

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Emiliya Əmiraslanova tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

COMMENTS