Qadınların əl üstündə tutulduğu ölkə

Afrika ölkəsi Ruanda qadınlara dövlət işi tapşırmaq sahəsində liderlərdən biridir.

Məlumatlara görə, ölkədə parlamentin 64%-i qadınlardan ibarətdir. Qadınlar siyasətlə bərabər iqtisadiyyat və sosial sahələrdə də önəmli rola sahibdir. Ruanda Amerika, Almaniya və Fransa kimi inkişaf etmiş ölkələrə örnək göstərilir. Ölkədə verilən qərarların 30%-də qadınların söz haqqı tanınır. Təxminən 12 milyon əhalisi olan ölkədə 6 milyon qadın yaşayır. Qadınlar cəmiyyətə fərqli bir düşüncə qazandırıb. 2009-cu ildən bəri ölkənin xarici işlər naziri Louise Mushikabodur. O, dünyanın  50 siyasət qadının sırasında ilk sıralardadır.

COMMENTS