İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “SİLA” MMC-yə məxsus mağazada apardığı yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilərək onların çaşdırılmasına yol verildiyi müəyyənləşib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mağazanın vitrin pəncərəsində “Bütün yeni mövsüm mallarına 25 faiz endirim” məzmunlu reklam yerləşdirilsə də, qiymətlərə endirim tətbiq edilmədiyi aşkarlanıb.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş “SİLA” MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
COMMENTS