Qarabağ əlili Ramil Usubova şikayət etdi

DİA.AZ: – Qazax rayon Yuxarı Əskipara kənd sakini Semnarist Şərifov Daxili İşlər Nazirinə müraciət edib.

 

DİA.AZ bildirir ki, bu barədə mediaxeberleri.az portalı məlumat yayıb. Müraciətin mətnində deyilir:

“Çox hörmətli Nazir!
Mən Şərifov Semnarist Qayıb oğlu, Qazax rayon Yuxarı Əskipara kənd sakiniyəm. 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. 1992- ci ildən məcburi köçkünəm.
08. 09. 2014-cü il tarixində Qazax RPŞ- də leytenant rütbəsində 2 aydır işə başlamış Nuriyev Rəşad İlham oğlu Qazax bazarının qarşısında DYP əməkdaşlarının və ümumən camaatın bol olduğu yerdə məni təhqir edərək döyüb, təpikləyib yerə sərib. Nuriyev Rəşad polis formasında idi. Amma iş vaxtı da olsa öz şəxsi maşını da orda dayanmışdı. Səbəb isə- guya mən onu təhqir etmişdim.
Xatırladım ki, Rəşad Nuriyevin atası İlham Nuriyev Qazaxda köhnə məhkəmə hakimi olub və bir başa prezidentin sərəncamı ilə işdən kənarlaşdırılıb. Mənim isə heç bir müdafiəm yoxdur. Qazax RPŞ- də hamı onun tərəfindədir. Hardansa yalançı şahidlər tutublar.
Amma mənim də sübutlarım var. Xahiş edirəm bu işin tam və obyektiv araşdırılmasına yardımçı olasınız.
Mənim 60-dan çox yaşım var- mənə maraqlıdır, bu insan kimə güvənib də məni şillə- təpiyin altına saldı? Kimdir ona bu imkanı verən?
Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

COMMENTS