“Qarabağ” Antalyada ilk məşqinə çıxdı

“Qarabağ” Antalyada ilk məşqinə çıxdı

Qış toplanışı üçün dünən Türkiyəyə yollanan “Qarabağ” mövsümün ikinci yarısının hazırlığına start verib.

Qol.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Antalyada ilk məşqinə çıxıb. Hazırlıq prosesində yerli futbolçularla yanaşı, bəzi legionerlər də iştirak ediblər.

Qeyd edək ki, “Qarabağ” Antalyadakı 3 həftəlik toplanış müddətində 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın “Botoşani”, 16-sı Özbəkistanın “Paxtakor”, 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qarşılaşacaq

Dosye.org

COMMENTS