“Qarabağ” bu çatışmazlığı həll etsə, yeni stadionu qəbul olunacaq”

“Qarabağ” bu çatışmazlığı həll etsə, yeni stadionu qəbul olunacaq”

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın Suraxanı qəsəbəsindəki yeni stadionunu hələlik qəbul etməyib.

Bu haqda Qol.Az saytına PFL prezidenti Ramin Musayev məlumat verib.

O qeyd edib ki, dünən rəhbəri olduğu qurumun nümayəndələri stadionda baxış keçiriblər:

“Doğrudan da, “Qarabağ” klubu öz adına layiq olaraq, gözəl stadion inşa etdirib. Amma qeyd etməliyəm ki, stadionda müəyyən xırda çatışmazlıqlar da var ki, biz kluba bunu aradan qaldırmağı tövsiyə eləmişik. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl həmin məsələnin sentyabrın 25-nə kimi aradan qaldırılacağını dedi”.

R.Musayev bu çatışmazlıqların nədən ibarət olduğunu açıqlamayıb. Amma bildirib ki, əgər məsələ həllini tapsa, o zaman “Qarabağ”ın “Neftçi” ilə Premyer Liqa oyununun Ağdam klubunun yeni stadionunda keçirilməsinə icazə veriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl “Qarabağ” PFL-ə müraciət ünvanlayaraq “Neftçi” ilə Premyer Liqanın 6-cı turunun (26 sentyabr) oyunun yeni stadionlarından keçirilməsinə icazə verilməsini xahiş edib. Bundan sonra PFL nümayəndələri stadionda yoxlama aparıb.

COMMENTS