“Qarabağ” çətin sınaq qarşısında (YENİLƏNİR)

“Qarabağ” çətin sınaq qarşısında (YENİLƏNİR)

“Qarabağ” klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün səfərdə “Tvente”nin qonağı olacaq.

 

Qol.Az-ın məlumatına görə, Enshede şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bakıda rəqibi ilə 0:0 bərabərə qalan “Qarabağ” səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Bu görüşdə qeydə alınacaq istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam təmsilçisini qrup mərhələsinə çıxaracaq.

Xatırladaq ki, 2009/2010 mövsümündə “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində məhz “Tvente” ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan “Qarabağ” Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.

28 avqust

Avropa Liqası, pley-off mərhələsinin cavab oyunu

22:30. “Tvente” (Hollandiya) – “Qarabağ” (Azərbaycan)
Enshede. Tvente stadionu
Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya)

COMMENTS