“Qarabağ”da daha bir şok itki

“Qarabağ”da daha bir şok itki

29 yaşlı futbolçu dizindən əməliyyat olunacaq

 

“Qarabağ” daha bir ciddi itki ilə üzləşib.

Anspress-in məlumatına görə, Ağdam klubu braziliyalı yarımmüdafiəçi Danilo Diası itirib. O, dizindən zədə alıb.

Bu səbəbdən onun bir ay yaşıl meydanlardan kənarda qalacağı deyilir.

Qeyd edək ki, “Qarabağ”ın başqa bir aparıcı üzvü Çumbinyo “Sent-Etyen”lə oyunda zədələnib. O, 5 ay oynaya bilməyəcək.

Klubun rəsmi saytında yayılan məlumatda bildirilir ki, yayda komandaya qoşulan Dias dizində ağrılar hiss edirmiş. Klubun tibbi personalı davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd etsə də, 29 yaşlı futbolçunun dizində “mensk” əməliyyatı qaçılmaz olub. Danilo yaxın günlərdə Türkiyədə əməliyyat olunacaq və təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

COMMENTS