“Qarabağ” daha bir futbolçusu ilə yolları ayırdı

“Qarabağ” daha bir futbolçusu ilə yolları ayırdı

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” daha bir futbolçusu ilə yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Araz Abdullayevin başa çatan müqaviləsi yenilənməyib. 28 yaşlı yarımmüdafiəçi 2018-ci ildən Ağdam təmsilçisində çıxış edirdi.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Maqaye Qeye, Vaqner da Silva, Ailton Silva, Faysal Rerras, Nicat Mehbalıyev və Miçellə də vidalaşıb.

DOSYE.ORG

COMMENTS