“Qarabağ”dan daha biri getdi – biri də gəlir

“Qarabağ”dan daha biri getdi – biri də gəlir

“Qarabağ” daha bir futboolçusu ilə yolları ayırıb.

Qol.az-ın əldə etdiyi məlumata görə, Rahid Əmirquliyevin başa çatan müqaviləsi yenilənməyib.

Millimizin yarımmüdafiəçisi 2016-cı ildə uzun müddət şərəfini qoruduğu “Xəzər Lənkəran”dan Ağdam klubuna keçmişdi.

Qeyd edək ki, buna qədər “Qarabağ” müqavilələri başa çatan Pedro Enrike, Riçard Almeyda, Əfran İsmayılov və Arif Daşdərimovla da yolları ayırıb.

Bu arada “Qarabağ”a transfer olunacağı gözlənilən Xama Billiat Cənubi Afrikanın “Mamelodi” komandasını heyətində son oyununu keçirib.

Zimbabveli hücumçu Afrika Çempionlar Liqasının yarımfinal mərhələsinin “Horoya” ilə cavab görüşündə iştirak edib. İki oyunun nəticəsinə əsasən, Billiatın komandası mübarizəni dayandırıb. 2:2 hesabı ilə yekunlaşan təkrar matçda 27 yaşlı futbolçu bir qol vura bilib. BBC-nin saytı yazır ki, bu, Billiatın “Mamelodi”də son matçı olub. “O, karyerasını bundan sonra böyük ehtimalla Azərbaycanda davam etdirəcək” – deyə bildirilib. Klub adı çəkilməsə də, bunun “Qarabağ” olduğu şübhə doğurmur.

Qeyd edək ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bugünlərdə Qol.az-a verdiyi müsahibədə Billiatla danışıqlar apardıqlarını təsdiqləmişdi.

Dosye.org

COMMENTS