“Qarabağ”dan getmirəm” – Donald Gerrye

“Qarabağ”dan getmirəm” – Donald Gerrye

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerrye İtaliya A seriyasının klublarından birinə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, Haiti millisinin üzvü özünün “İnstaqram” səhifəsi vasitəsilə bu xəbərləri təkzib edib. O, Ağdam klubunda qalacağını bildirib: “İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim klubumla daha bir illik müqaviləm var. “Qarabağ”dan getmirəm”.

Dosye.org

COMMENTS