“Qarabağ”ın futbolçusu A seriyasında oynaya bilər

“Qarabağ”ın futbolçusu A seriyasında oynaya bilər

“Qarabağ”ın futbolçusu Donald Gerrye növbəti mövsüm İtaliya A Seriyasında oynaya bilər.

Qol.az-ın məlumatına görə, bu barədə o, “Haitisporttotal”a bildirib. 29 yaşlı yarımmüdafiəçi deyib ki, adını açıqlamaq istəmədiyi A seriyası klublarından biri ilə razılığa gəlmək üzrədir: “Avropanın 5 ən böyük liqasından birində oynaya biləcəyimlə fəxr edirəm”.

Qeyd edək ki, D.Gerrye ötən ilin yayından “Qarabağ”ın şərəfini qoruyur. Onun Ağdam klubu ilə müqaviləsi gələn ilin yayı başa çatır.

Dosye.org

COMMENTS